“Ramiz Mehdiyev sanki açıq danışıb meydan oxuyur ki...”

08:13 - 12 Oktyabr 2023 - CƏMİYYƏT

 “Ramiz Mehdiyev sanki açıq danışıb meydan oxuyur ki...”

"Bank BTB-nin Ramiz Mehdiyevə aid olduğu çoxdan bilinirdi. O isə dünən deyib ki, mənim deyil, oğlumundur. Oğlu (Söhbət fövqəladə hallar nazirinin müavini, general-mayor Teymur Mehdiyevdən gedir) isə general, nazir müavini və məmurdur. Sonra da düzəliş edib ki, bankı oğlu idarə edir, amma həyat yoldaşının adına rəsmiləşdirilib". 

“BUTA.TV” xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli qeyd edib. REAL-ın icra katibi hesab edir ki, məntiqlə məmurların bizneslə məşğul olmaq qadağasına görə, Ramiz Mehdiyevin oğlu ya işdən çıxarılmalı, ya da biznesdən getməlidir: 

"Amma olmayacaq, bu ölkədə məntiq yoxdur. Ramiz Mehdiyev də sanki açıq danışıb meydan oxuyur ki, hamınızın obyektləri, biznesi var da, elə gözünüz məni görüb?! Çox maraqlıdır ki, uzun zamandır susqun qalan Ramiz Mehdiyev Rusiyadan yüksək rütbəli məmur ölkəmizə səfər edən, rus gəmisi Bakı limanına gələn gün danışıb. Yəni, mən hələ də buralardayam ha..."


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol