“Taksilər üçün zolaqlar yaradıla bilər”.
BUTA.TV xəbər verir ki, bunu müsahibəsi zamanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib. Onun sözlərinə görə, beynəlxalq təcrübəyə əsasən, digər ölkələrdə avtobuslar üçün yaradılan zolaqlardan taksilər də istifadə edirlər:
“Ölkəmizdə taksi standartları müəyyən edildikdən sonra taksilərin avtobus zolaqlarından istifadə etməsi məsələsinə baxıla bilər. Bakı şəhəri və respublikanın digər şəhər və rayon mərkəzlərində taksi duracaqları təşkil edilir və əhatə dairəsi genişləndiriləcək”.
- Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?
- Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi
- Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
- Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib
- Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!
- Vardanyan barədə sənədli film hazırlandı - Video
- Erməni lobbisi indi yeni tezis irəli sürür - Yalçın