Sosial şəbəkələrdə ötən il ölən Liberal Demokrat Partiyasının sabiq lideri Vladimir Jirinovskinin illər öncə - 2015-ci ildə İsraillə bağlı çıxışı yayılıb.
BUTA.TV xəbər verir ki, Jirinovski çıxışında İsrailin İrandan qorxduğunu deyir. “Niyə görə ata Corc Buş 1991-ci ildə İraqı işğal etməkdən çəkindi. Çünki o başa düşürdü ki, çoxlu sayda amerikalı əsgər həlak olacaq. Amma oğul Buş İsraillə birlikdə İraqı işğal elədi. İndi də həmin vəziyyətdir”, - Jirinovski bildirib. Keçmiş partiya sədri qeyd edib ki, İsrail üçün son təhlükə İrandır:
“İranın 70 milyon əhalisi var (hazırda 86 milyondur – red.). Əhalinin 70 faizini də gənclər təşkil edir. Onların İsrailə, o cümlədən Moskvaya asanlıqla çata bilən raketləri var. İranı nüvə texnologiyasından imtina etməyə necə inandırırsınız? Gündüz dinc, gecə isə nüvə silahı hazırlayan ölkəyə çevrilir. Raketlər uçur və İsraildən heç nə qalmır. Bu, İsrail üçün böyük riskdir. O qorxur. Ona görə də zərbə qaçılmazdır. Danışıqlar aparılacaq, lakin heç bir ölkə ordusunu təslim etməyəcək”.
- Yeni yaradılan ictimai çimərliklərdə nələr olacaq? - Video
- Dünyanın ən gözəl sözü seçildi
- Azyaşlı futbolçu faciəvi şəkildə öldü
- Keçmiş nazir vəfat etdi
- Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı - Video
- ABŞ-dən bu ölkələrdəki vətəndaşlarına - Xəbərdarlıq
- Su kanalı yarıldı: Həyətlər su altında qaldı - Video
- İşi evindən 150 kilometr uzaqdadır - Hər gün helikopterlə gedəcək