Vardanyan Bakıdan arvadına zəng etdi

18:18 - 12 Oktyabr 2023 - CƏMİYYƏT

 Vardanyan Bakıdan arvadına zəng etdi

Qarabağ separatçılarının “keçmiş dövlət naziri” Ruben Vardanyan ailəsi ilə əlaqə saxlayıb və vəziyyətinin yaxşı olduğunu bildirib. Bu barədə onun oğlu David Vardanyan Ermənistan mətbuatına müsahibəsində bildirib.

O, atasının dünən və ötən çərşənbə axşamı anasına zəng etdiyini deyib. “Zəng çox qısa olub. O, yaxşı formada olduğunu bildirib. Digər təfərrüatları müzakirə etməyiblər. Darıxdığını söyləyib. Biz də onun üçün darıxırıq”, – Vardanyanın oğlu deyib.
Oğlu əlavə edib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri onun anası ilə əlaqə saxlayaraq, Ruben Vardanyana və digər separatçılara baş çəkmək istədiklərini bildiriblər.

“Ermənistan dövləti beynəlxalq məhkəmədə iddia qaldırıb ki, təkcə mənim atamı deyil, Azərbaycanda həbsdə olan bütün məhbuslar azadlığa buraxılsın. Oktyabrın 12-də onların mümkün azadlığa buraxılması ilə bağlı Haaqada məhkəmə prosesi olacaq. Bu prosesin uğurla yekunlaşacağına böyük ümidlər bəsləyirik. Təbii ki, biz də atamı azad etmək üçün addımlar atırıq, lakin bu haqda danışmaq hələ tezdir”.

David Vardanyan atasına tutduqları azərbaycanlı vəkili bu işə necə işə cəlb etdikləri barədə də danışıb:

Bu xəbər hal-hazırda çox oxunur
Ədalət Verdiyev həbs olundu

“İcma təşkilatları, eləcə də tanışlarımız vasitəsilə atamı təmsil etmək üçün tutduğumuz yerli vəkillə əlaqə saxlaya bildik. Bu hüquqşünas hazırda Azərbaycanda bizim maraqlarımızı təmsil edir”.

Qeyd edək ki, qanunsuz yollarla Azərbaycan Respublikasının ərazisinə gələrək qondarma “Dağlıq Qarabağ respublikasının dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Vardanyan sentyabrın 27-də “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb.

R.Vardanyan Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib. Ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qərimkan tədbiri seçilib.

Ruben Vardanyan İrəvanda anadan olsa da, sərvətini Rusiyada qazanıb. “Forbes” jurnalı onun varidatının təxminən 1 milyard dollar həcmində qiymətləndirir.

Vardanyan 2022-ci ilin sentyabrında Rusiya vətəndaşlığından imtina edərək, qanunsuz olaraq Qarabağa köçmüşdü. Gununsesi.info


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol