Rusiya Prezidenti Vladimir Putin ötən şənbə günü ad gününü necə keçirdiyindən danışıb.
Putin bu barədə “SHOT” “Telegram” kanalının müxbirinin müvafiq sualını cavablandırarkən bəhs edib. Rusiya prezidenti doğum gününü ölkəyə səfərə gələn Qazaxıstan və Özbəkistan prezidentləri ilə qeyd etdiyini deyib. “Onlar ayın 7-si tarixinə qaldılar, üçümüz “atışıb” oturduq...”, - deyə o bildirib.
Qeyd edək ki, həmin gün Qazaxıstan və Özbəkistan prezidentləri Rusiyaya işgüzar səfərə gəliblər. Putinin sözlərinə görə, dövlət başçıları iş məsələlərini müzakirə ediblər, daha sonra birlikdə nahar etməyə gediblər və “üçü birlikdə oturublar”.
Xatırladaq ki, oktyabrın 7-də Vladimir Putin, Qasım-Jomart Tokayev və Şavkat Mirziyoyev Rusiyadan Qazaxıstan vasitəsilə Özbəkistana qaz nəqlinə başlayıblar.
Bundan sonra Rusiya prezidenti Özbəkistanın rəhbərinə özünün “Aurus” avtomobilini nümayiş etdirib və həmkarını gəzdirmək üçün sükan arxasında özü əyləşib.
- İrandan İrəvana uçuşlar ləğv edildi
- Rusiya mediasında Azərbaycana qarşı saxta məlumat yayıldı
- Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi
- Ermənistan 2026-da Ordumuza bu şansı versə...
- Yaralı etirazçıları müalicə edən ərdəbilli həbs edildi
- Əpl yeni cihazını təqdim etdi - Foto
- Ərdoğan Ermənistana 10 milyon dollar yardım edib?
- Rusiya Cənubi Qafqazda təsirini belə itirir - Ukrayna kəşfiyyatı