Xocalı rayonunun Meşəli kəndində soyqırım aktını törətmiş şəxslərdən biri olan erməni seperatçı Vaqif Xaçatryanın bu gün keçirilən məhkəmədə ağlaması sosial şəbəkələrdə geniş müzakirə olunur.
“BUTA.TV” xəbər verir ki, izləyicilər Xocalıda yüzlərlə azərbaycanlıya işgəncə vermiş, həmvətənlərimizi amansızlıqla qətlə yetirmiş Xaçatryanın göz yaşları ilə həmin gecə törədilmiş soyqırımda həyatını itirən insanların ah-naləsini müqayisə edirlər. Bu göz yaşları indi nəyi ifadə edir? Qorxunu, yoxsa məyusluğu...
Bu sualın cavabı hər bir azərbaycanlıya məlumdur. Erməni terrorçularının törətdikləri qanlı cinayətlərə görə nə vaxtsa məyus olmaları mümkün görünmür. Olsa-olsa bunu hiyləgərlik məqsədilə edə bilərlər.
Bu yerdə həmyerlimiz Ruslan Fərzəliyevin paylaşdığı foto və yazdığı iki cümlə elə yerinə düşür:
“Dostluğumda çoxlu sayda başqa millətlərdən insanlar var. Bu iki şəkli yanaşı paylaşıb ermənilərlə bizim fərqimizi göstərmək istəyirəm. Birisi dünya mətbuatı qarşısında duran cani, digəri isə bir neçə saat sonra ağır işgəncələrlə öldürüləcəyini bilən hərbi əsir...”
Ruslan Fərzəliyevin bəhs etdiyi Natiq Qasımov 1992-ci ilin martında Xocalı əsirlərini xilas etmək üçün girdiyi döyüşdə, elə Xocalı sakinlərinin azad edilməsi müqabilində könüllü əsir düşür və onu sorğu-sual edən erməni terrorçularının ətrafında, qatı cinayətkar Vitali Balansanyanla üz-üzə bax beləcə məğrur dayanır.
- Cennifer Lopez elan etdi: Bu namizədə səs verəcək
- Qərb bizi məğlub etmək istəyir, buna məcburuq - Peskov
- Bu ərazilərə yağış yağdı – Faktiki hava
- Rusiyanın iki nəhəng silah anbarı bu raketlə vurulub
- Bakıda yük maşını dərəyə yuvarlandı: ölən var
- Astarada pul, qızıl, pensiya kartı oğurlayan şəxs tutuldu
- Mənə dedilər ki, Nikol səni Bakıya satacaq - Lapşin
- MM sədri kim olacaq? - İki əsas namizəd