Ukraynanın itkiləri bizimkindən 8 dəfə çoxdur.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Çin KİV-inə müsahibəsində deyib. Onun sözlərinə görə, Ukrayna əks-hücum zamanı ciddi itkilər verir:
“Əks-hücum əməliyyatları iyunun 4-dən davam edir. İndiyə qədər heç bir nəticə yoxdur, yalnız böyük itkilər var”.
V.Putin həmçinin hazırda davam edən döyüşlərin məqsədi barədə də danışıb:
"Bu, müharibəyə son qoymaq cəhdidir. Məqsədimiz müharibə aparmaq deyil, 2014-cü ildən davam edən savaşa son qoymaqdır. Biz ötən müddət ərzində müharibənin sülh yolu ilə həlli üçün hər şeyi etmişik”.
Qeyd edək ki, V.Putin daha əvvəl Ukraynanın əks-hücumunun tamamilə iflasa uğradığını söyləmişdi.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyunundan əks-hücum əməliyyatları keçirir.
- Yeni yaradılan ictimai çimərliklərdə nələr olacaq? - Video
- Dünyanın ən gözəl sözü seçildi
- Azyaşlı futbolçu faciəvi şəkildə öldü
- Keçmiş nazir vəfat etdi
- Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı - Video
- ABŞ-dən bu ölkələrdəki vətəndaşlarına - Xəbərdarlıq
- Su kanalı yarıldı: Həyətlər su altında qaldı - Video
- İşi evindən 150 kilometr uzaqdadır - Hər gün helikopterlə gedəcək