Markov: İlham Əliyevin ən güclü dəstəkçisi odur

10:44 - 16 Oktyabr 2023 - CƏMİYYƏT

 Markov: İlham Əliyevin ən güclü dəstəkçisi odur

Oktyabrın 15-i İlham Əliyev Günü oldu. O, düz 20 il əvvəl, 2003-cü il oktyabrın 15-də ilk dəfə Azərbaycan Prezidenti seçilib və 2023-cü il oktyabrın 15-də Qarabağın paytaxtında Azərbaycan bayrağını qaldırıb. Bəs İlham Əliyevin uğur amilləri hansılardır? Birincisi, ən yüksək səviyyədə mədəniyyət və təhsil alması. SSRİ Xarici İşlər Nazirliyinin MDBMİ Universitetində məzun olması, sonra müəllim işləməsi, türk, rus, ingilis dillərini səlis bilməsi, çox mədəni danışığı.

BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

“İkincisi, görünür ki, atası Sov İKP MK Siyasi Bürosunun üzvü, Azərbaycan DTK-nın sədri, Sovet Azərbaycanının rəhbəri, böyük SSRİ hökuməti başçısının birinci müavini və yeni Azərbaycanın qurucusu böyük Heydər Əliyev ona nəhəng siyasi təcrübəsini və siyasi müdrikliyini miras qoyub.

Üçüncüsü, çox yaxşı ailə onun güclü dəstəyidir. Heyranlıq doğuran, müxtəlif ölkələrdə fan-klubları olan həyat yoldaşı, gözəl və ağıllı Mehriban xanımdan xüsusi dəstəyi var. Azərbaycanın neft və qaz sərvətləri taleyin hökmü ilə ölkəyə verilib. Əliyev isə qeyri-korrupsiya sistemi yarada bildi ki, neft rentası ölkədə qalsın, xaricə getməsin.

Daha sonra təxminən eyni yaşda, təxminən eyni təhsildə və təxminən eyni vaxtda hakimiyyətdə olduqları Vladimir Putinlə siyasi dostluğu. Əliyevin addım atmaq üçün düzgün vaxtı seçmək bacarığı. İstəsə də, tələsmir. Və gecikmir. İlham Əliyev özü də bunu ən çətin iş hesab edir.

Türkiyənin simasında müttəfiqin gücü. Əsa rəqibinin acgözlüyü, qeyri-adekvatlılığı, danışıq apara bilməməsi, hər kəsi özünə düşmən etmək bacarığı”, - o bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol