Oktyabrın əvvəlində ABŞ hərbçilərinin Suriyada Türkiyə PUA-sını vurması ilə bağlı insidentdən sonra Ankara İsveçin NATO-ya üzvlük ərizəsinin ratifikasiyası məsələsindəki mövqeyinə yenidən baxa bilər.
BUTA.TV xəbər verir ki, bu barədə “Hürriyət” qəzetinin yazarı Abduqadir Selvi yazıb.
Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son günlər ABŞ-ı bu hadisəyə görə kifayət qədər kəskin tənqid edir:
“Nəticə etibarı ilə bu, İsveçin NATO-ya daxil olmaq ərizəsinə Türkiyə parlamentində baxılması proseduruna mənfi təsir göstərə bilər. Əvvəllər hər şey parlamentin oktyabrda İsveçin müraciətini təsdiqləməsinin lehinə idi, lakin ABŞ Suriyada PUA-mızı vurduqdan sonra Ərdoğan yeni qərar verə bilər”.
- İrandan İrəvana uçuşlar ləğv edildi
- Rusiya mediasında Azərbaycana qarşı saxta məlumat yayıldı
- Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi
- Ermənistan 2026-da Ordumuza bu şansı versə...
- Yaralı etirazçıları müalicə edən ərdəbilli həbs edildi
- Əpl yeni cihazını təqdim etdi - Foto
- Ərdoğan Ermənistana 10 milyon dollar yardım edib?
- Rusiya Cənubi Qafqazda təsirini belə itirir - Ukrayna kəşfiyyatı