Azərbaycan Dövlət İnformasiya Agentliyi (“Azərtac”) tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
Buta.tv açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, “Azərtac”ın keçirdiyi tender müsabiqəsinin qalibi “Laderton 55” MMC (VÖEN – 1905697381) olub. Qeyd edək ki, “Azərtac” dəftərxana və təsərüffat mallarının satınalınması üçün “Laderton 55” MMC-yə 128 min 996 manat ödəyəcək.
Tender müsabiqəsində diqqət çəkən məqam odur ki, “Azərtac” tender müsabiqəsini 3 avqust 2023-cü il tarixində elan edib.
Qalib şirkət olan “Laderton 55” MMC isə tender elanından cəmi 17 gün əvvəl – 14 iyul 2023-cü il tarixində dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Suraxanı rayonu, Q Yaşayış sahəsi (yeni günəşli), ev 4, m 18 ünvanında yerləşir. Qanuni təmsilçisi Cəfərov Natiq Allahverdi oğludur.
Xatırladaq ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığın olması lazımdır.
Tender müsabiqəsindən cəmi 17 gün əvvəl yaranan və barəsində açıq mənbələrdə heç bir məlumat olmayan bu şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı da aydın deyil.
- Paşinyan: Məni “Azərbaycan izi” ilə şantaj edirlər
- Berse: Azərbaycana dostcasına təzyiq göstərəcəyik
- 15 İyun Milli Qurtuluş Günü müasir tariximizin şanlı səhifəsidir
- Kremldən Bakıya açıq təhdid: Rusiya nədən qorxur?
- İsrail İrana hücum edəcək, bir neçə gün qalıb - Röyters
- “Elektrik enerjisindən istifadə etmirsə, vətəndaş niyə pul ödəməlidir ki?” – Allahverdi Aydın
- Şok xəbərdarlıq: Zəlzələ dalğası bu bölgəyə doğru gəlir!
- Kəmalə Günəşli toy sahibi ilə SAÇYOLDUYA GİRDİ - Bölməyə APARDILAR