İsrail Qəzzanı bombalamaqla müharibə cinayəti törədib.
BUTA.TV xəbər verir ki, bunu İranın dini lideri Əli Xamenei bu gün Tehranda xüsusi istedadlı tələbələrlə görüşü zamanı deyib.
O, İsrailin mühakimə olunmasının vacibliyinə toxunub:
“İşğalçı İsrail dövləti mühakimə edilməlidir. Əgər hücumlar dayandırılmasa, müqavimət cəbhəsi və müsəlmanların qarşısını heç kim ala bilməyəcək. Bu, dərhal dayandırılmalıdır”.
Xamenei, həmçinin, İsrailin Qəzzanı bombalamasının arxasında ABŞ-ın dayandığını iddia edib.
Qeyd edək ki, Əli Xameneinin bugünkü çıxışında əsas diqqət çəkən məsələ “İsrail dövləti” ifadəsini işlətməsidir. İran rəhbəri bundan əvvəl İsraili hər zaman “müvəqqəti sionist rejimi”, “işğal-i Fələstin”, “işğalçı rejim” adlandırıb.
- Yeni yaradılan ictimai çimərliklərdə nələr olacaq? - Video
- Dünyanın ən gözəl sözü seçildi
- Azyaşlı futbolçu faciəvi şəkildə öldü
- Keçmiş nazir vəfat etdi
- Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı - Video
- ABŞ-dən bu ölkələrdəki vətəndaşlarına - Xəbərdarlıq
- Su kanalı yarıldı: Həyətlər su altında qaldı - Video
- İşi evindən 150 kilometr uzaqdadır - Hər gün helikopterlə gedəcək