Rusiya Prezidenti Vladimir Putin Pekində keçirilən “Bir kəmər, bir yol” forumunda Macarıstan Baş naziri Viktor Orbanla görüşüb.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
“Baxmayaraq ki, bugünkü geosiyasi şəraitdə əlaqələr saxlamaq və inkişaf etdirmək imkanları çox məhduddur, buna baxmayaraq, bir çox Avropa dövləti ilə əlaqələrimizin qorunub saxlanılması və inkişaf etdirilməsi məmnunluq doğurmaya bilməz. Bu ölkələrdən biri də Macarıstandır”, - Putin bildirib.
Viktor Oban isə deyib ki, Budapeşt heç vaxt Moskva ilə qarşıdurma istəməyib:
“Çətin görüşlər olub, amma heç vaxt bu qədər çətin olmayıb. Biz əvvəllər heç vaxt belə çətin vəziyyətdə olmamışıq. Macarıstan heç vaxt Rusiya ilə qarşı-qarşıya gəlmək istəməyib, əksinə, məqsədimiz həmişə qarşılıqlı yaxşı əlaqələr yaratmaq və genişləndirmək olub və biz buna nail olduq”.
- İrandan İrəvana uçuşlar ləğv edildi
- Rusiya mediasında Azərbaycana qarşı saxta məlumat yayıldı
- Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi
- Ermənistan 2026-da Ordumuza bu şansı versə...
- Yaralı etirazçıları müalicə edən ərdəbilli həbs edildi
- Əpl yeni cihazını təqdim etdi - Foto
- Ərdoğan Ermənistana 10 milyon dollar yardım edib?
- Rusiya Cənubi Qafqazda təsirini belə itirir - Ukrayna kəşfiyyatı