Mən Fələstin xalqımızı bütün şəhərlərdə küçələrə çıxmağa çağırıram. Mən ərəb və İslam ölkələrinin bütün xalqlarını indi çıxıb bu qətliamı, qəddarlığı, cinayətləri pisləməyə çağırıram.
BUTA.TV xəbər verir ki, bunu HƏMAS-ın rəhbəri İsmayıl Haniyə İsrailin Qəzza zolağında xəstəxana binasına raket zərbəsi endirməsinə reaksiya verərkən bildirib.
Haniyə hər kəsi paytaxtlara, şəhərlərə toplaşaraq İsrail hücumuna etiraz etməyə çağırıb.
Haniyə həmçinin BMT Təhlükəsizlik Şurası və Baş Assambleyası, Ərəb Liqası və İslam Əməkdaşlıq Təşkilatı, eləcə də digər hüquqi qurumları xəstəxanaya hücumu və dinc əhaliyə qarşı törədilən digər cinayətləri açıq şəkildə pisləməyə çağırıb.
Qeyd edək ki, İsrail ordusunun Qəzzada xəstəxanaya endirdiyi zərbə nəticəsində 600 nəfərin öldüyü bildirilir. Fələstin lideri Mahmud Abbas olayla bağlı 3 günlük matəm elan edib.
- Yeni yaradılan ictimai çimərliklərdə nələr olacaq? - Video
- Dünyanın ən gözəl sözü seçildi
- Azyaşlı futbolçu faciəvi şəkildə öldü
- Keçmiş nazir vəfat etdi
- Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı - Video
- ABŞ-dən bu ölkələrdəki vətəndaşlarına - Xəbərdarlıq
- Su kanalı yarıldı: Həyətlər su altında qaldı - Video
- İşi evindən 150 kilometr uzaqdadır - Hər gün helikopterlə gedəcək