Sadəcə suda və ya buxarda, yağsız bişirilmiş düyü nevroloji sağlamlıq üçün vacibdir.
BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, terapevt Marqarita Koroleva belə düyünün B qrup vitaminlərlə zəngin olduğunu bildirib.
“Buxar düyü qabığını yumşaldan zaman orda olan virtamin, minerallar düyünün daxili hissəsinə keçir. B qrup vitaminləri sinir sisteminin normal funksiyası üçün vacibdir. Əgər bu vitaminlər çatışmasa, nevroloji pozulmalar, el dili ilə desək, nevroz yaranır.
Amma düyünü bişirməzdən əvvəl bir neçə dəfə yuyulmalı və isladılmalıdır. Belə etdikdə, düyüdə olan nişasta azalır, yüksək qlikemik indeksi düşür.
Düyünü mütləq hansısa göyərti və nişastasız tərəvəzlə birgə yemək lazımdır. Əks təqdirdə qəbizlik əmələ gətirir. Xüsusən yaşlıların, tərəvəzsiz düyü yeməsi zərərlidir.
Yağsız, duzsuz düyü bütün orqanizm və bağırsaqlar üçün detoks rolu oynayır”, - həkim qeyd edib.
- Bakıda yeniyetmə qız anasını döydüyü üçün atasını bıçaqladı
- Avropa Birliyi Azərbaycan və Türkiyəyə şərt qoydu
- Azərbaycanın təhvil verdiyi Vaqif evə buraxıldı
- Xalq artistinin oğlunun döyülməsinə görə daha 2 nəfər saxlanıldı
- Bakı və Əbu-Dabi şəhərləri qardaşlaşa bilər
- İlham Əliyev BƏƏ prezidenti ilə görüşdü
- Rus əsgərlər ərzaq tapmır: Bayquş yeyirlər - VİDEO
- 67 yaşında özünə toy edən general gənclərə nümunədir