Yaxın saatlarda HƏMAS yaraqlıları ikili vətəndaşlığı olan 50-yə yaxın girovu Qırmızı Xaç Cəmiyyətinə təhvil verə bilər.
BUTA.TV xəbər verir ki, bu barədə İsrailin “i24news” portalı Qəzzadakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, hazırda Qətərin vasitəçiliyi ilə mümkün sövdələşmənin yekunlaşdırılması gedir. QXC nümayəndələri artıq girov götürülmüş bir qrup insanın yanına gedirlər, onlar Qəzza zolağının cənubuna buraxıla bilər.
Qeyd olunur ki, İsrail bu danışıqlarda rəsmi tərəf olmayacaq. Lakin son saatlarda İsrail ordusu QXC əməkdaşlarının təhlükəsizliyini təmin etmək üçün Qəzza zolağına hava zərbələri endirməyib.
- Daha bir tiktoker həbs edildi
- Naxçıvanın bəzi əraziləri işıqsız qalacaq
- Yenidən Ermənistanın baş naziri oldu - Yenilənib
- Xocavənddə ANAMA əməkdaşı minaya düşdü
- Sabahdan tələbələr kredit üçün müraciət edə biləcəklər
- Tovuzda ağır qəza: azyaşlı yaralandı
- Şəkidə kişini elektrik cərəyanı vuraraq öldürdü
- MN həftəlik icmalını təqdim etdi - Video