Dünyanın ən çirkli havası olan şəhər…

00:38 - 24 Oktyabr 2023 - GÜNDƏM

 Dünyanın ən çirkli havası olan şəhər…

Hindistanın paytaxtı Yeni Dehli dünyanın ən çirkli havası olan şəhər kimi tanınır.

BUTA.TV xəbər verir ki, bu barədə İsveçrənin IQ Air şirkətinin məlumatında bildirilib.

Belə ki, Yeni Dehlidə incə hissəciklərin konsentrasiyası hər kubmetr havada 296 mikroqram təşkil edib ki, bu da Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi maksimum icazə verilən təhlükəsizlik standartlarından 20 dəfə yüksəkdir. Çikaqo Universitetinin araşdırmasına görə, şəhər sakinləri çirkli hava ilə nəfəs alaraq ömürlərini orta hesabla 5,3 il qısaldırlar.

Yaxın ərazilərdə kənd təsərrüfatı tullantılarının aktiv şəkildə yandırılması ekoloji fəlakətə səbəb olub. Bundan əlavə, atmosfer avtomobillərdən və kömürlə işləyən elektrik stansiyalarından çıxan zərərli emissiyalarla çirklənir. Ekoloji olmayan tikinti texnologiyaları və qaz sobaları vəziyyəti daha da ağırlaşdırır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol