Azərbaycanda nazir vəzifəsindən azad edilir

08:53 - 24 Oktyabr 2023 - CƏMİYYƏT

 Azərbaycanda nazir vəzifəsindən azad edilir

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyevin vəzifəsindən azad ediləcəyi gözlənilir.

“Buta.tv” bildirir ki, bu barədə TNS-ə özəl mənbələrdən məlumat daxil olub. Məlumata görə, yeni nazir müavininin, nazirin səlahiyyətlərini icra edəcək şəxsin kimliyi də müəyyənləşdirilib. Bu dəyişikliyin İqtisadiyyat Nazirliyinin yeni əsasnaməsinin və strukturunun təsdiq ediləcəyindən sonra reallaşdırılacağı bildirilir.

Qeyd edək ki, bu ilin may ayında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin strukturunun genişləndirilməsi haqqında Fərman imzalanıb.

Fərmana əsasən, Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilməli idi.

Bu xəbər hal-hazırda çox oxunur
Ədalət Verdiyev həbs olundu

Fərmanla müəyyən olunub ki, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan dövlət orqanlarının və onların tabeliyində olan qurumların strukturu, işçilərinin say həddi, hüquqi vəziyyəti, vəzifə maaşları, əməyin ödənilməsi sistemi və xidmətkeçmə ilə bağlı hüquq və vəzifələri ilkin mərhələdə dəyişməz olaraq qalır.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti iki ay müddətində İqtisadiyyat Nazirliyinin və strukturuna daxil olan dövlət orqanlarının əsasnaməsi, strukturu və işçilərinin say həddi barədə təkliflərini hazırlayıb Ali Məclisə təqdim etməli idi. Fərmanla Nazirlər Kabinetinə tapşırılmışdı ki,  Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Ali Məclisə təqdim etsin.

Bu fərmanın imzalanmasından 5 ay keçməsinə baxmayaraq, İqtisadiyyat Nazirliyinin yeni əsasnaməsi və strukturu təsdiq edilməyib. Bu da o deməkdir ki, imzalanan fərman icra olunmayıb. Bu gecikmənin səbəbi barədə müxtəlif versiyalar irəli sürülür. Səbəb nə olursa olsun, bu gün muxtar respublikanın rəhbəri olduğunu iddia edən şəxs qanunların pozulmasına imkan verməməlidir. Əgər bacarmırsa, o zaman bu işi görə bilən şəxslərə mane olmamalıdır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol