Rusiyalı şərqşünas alim Yevgeni Satanovski Rusiya Prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov və diplomatik departamentin rəsmi nümayəndəsi Mariya Zaxarova haqqında səsləndirdiyi təhqiramiz bəyanatlardan təəssüfləndiyini bildirib.
BUTA.TV xəbər verir ki, o, bu barədə Teleqram kanalında yazıb.
“Səmimi qəlbdən üzr istəyirəm. Bunlar regiondakı vəziyyətlə bağlı yersiz emosiyalar idi. Bu sözləri üzrxahlıq kimi qəbul edin”, - o bildirib.
Qeyd edək ki, bundan əvvəl Satanovski israilli jurnalistin Yutub kanalına açıqlamasında Boqdanov və Zaxarova haqqında təhqiramiz ifadələr işlədib.
Satanovskinin işlədiyi “Soloviev Live” telekanalının rəhbəri, teleaparıcı Vladimir Solovyov ekspertin sözlərini məzmun etibarilə ədalətsiz və forma baxımından qəbuledilməz adlandırıb. O, Satanovskini işdən çıxarıb.
- Daha bir tiktoker həbs edildi
- Naxçıvanın bəzi əraziləri işıqsız qalacaq
- Yenidən Ermənistanın Baş naziri oldu - Yenilənib
- Xocavənddə ANAMA əməkdaşı minaya düşdü
- Sabahdan tələbələr kredit üçün müraciət edə biləcəklər
- Tovuzda ağır qəza: azyaşlı yaralandı
- Şəkidə kişini elektrik cərəyanı vuraraq öldürdü
- MN həftəlik icmalını təqdim etdi - Video