Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının cəlb edildiyi "Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təliminin "Yüksək səviyyəli müşahidəçi günü”ndə silah və texnika sərgisi nümayiş etdirilib.
BUTA.TV xəbər verir ki, qonaqlar Azərbaycan Ordusunun arsenalında olan zirehli döyüş maşınları, müxtəlif təyinatlı hərbi texnika, pilotsuz uçuş aparatları, eləcə də digər hərbi vasitələrlə tanış olublar.
"Yüksək səviyyəli müşahidəçi günü”ndə, həmçinin Türkiyənin "Roketsan", "Havelsan", "Aselsan", "Baykar" və digər şirkətlərin stendləri də qonaqlara təqdim edilib.
Sərgi qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
- Daha bir tiktoker həbs edildi
- Naxçıvanın bəzi əraziləri işıqsız qalacaq
- Yenidən Ermənistanın Baş naziri oldu - Yenilənib
- Xocavənddə ANAMA əməkdaşı minaya düşdü
- Sabahdan tələbələr kredit üçün müraciət edə biləcəklər
- Tovuzda ağır qəza: azyaşlı yaralandı
- Şəkidə kişini elektrik cərəyanı vuraraq öldürdü
- MN həftəlik icmalını təqdim etdi - Video