Qərb şirkətləri Rusiyada 103 milyard itirdi - Volodin

14:00 - 19 Dekabr 2023 - GÜNDƏM

 Qərb şirkətləri Rusiyada 103 milyard itirdi - Volodin

Avropa Birliyi (AB) tərəfindən dünən təsdiqlənmiş 12-ci sanksiyalar paketi də daxil olmaqla, Rusiyaya qarşı 18 772 sanksiya tətbiq edilib.

BUTA.TV xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.

Onun sözlərinə görə, Avropa ölkələri ABŞ-ın diktəsi ilə hərəkət edirlər və bununla da öz vətəndaşlarına zərər verirlər.

“Avrozona iqtisadiyyatının altı ay ərzində kiçilməsi proqnozlaşdırılır ki, bu da koronavirus pandemiyasından sonra ilk tənəzzüldür. Ölkəmizdən getdiyini elan edən Qərb şirkətləri 103 milyard dollardan çox pul itirdilər. Bu pullar Rusiyada qaldı”, - Volodin bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol