Rusiyaya qarşı almaz sanksiyaları paketinin tətbiqi əvvəldən proqnozlaşdırılırdı, ondan yan keçmək üçün variantlar var.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Rusiya almazlarına gəlincə, bu, proqnozlaşdırıla bilən idi, buna hazırlaşırdılar. Düşünmürəm ki, bu sanksiyalardan yayınmaq üçün variant olmasın. Onlar mövcuddur və həyata keçiriləcəkdir. İstənilən halda bizim maraqlarımızı qorumaq və təmin etmək üçün hər şey ediləcək”, - o bildirib.
Qeyd edək ki, AB Rusiyaya 12-ci sanksiya paketini təsdiqləyib. Bu paket Rusiyadan almaz idxalını da qadağan edir.
- Paylaşımlarına görə - Psixiatriya xəstəxanasına göndərildi
- Daha bir tiktoker həbs edildi
- Naxçıvanın bəzi əraziləri işıqsız qalacaq
- Yenidən Ermənistanın Baş naziri oldu - Yenilənib
- Xocavənddə ANAMA əməkdaşı minaya düşdü
- Sabahdan tələbələr kredit üçün müraciət edə biləcəklər
- Tovuzda ağır qəza: azyaşlı yaralandı
- Şəkidə kişini elektrik cərəyanı vuraraq öldürdü