“Heydər Əliyev İli”nə həsr olunmuş bilik yarışı - Foto

16:36 - 19 Dekabr 2023 - GÜNDƏM

 “Heydər Əliyev İli”nə həsr olunmuş bilik yarışı - Foto

Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Nazirliyin qurumları arasında “Breyn rinq” intellektual bilik yarışı keçirilib.

BUTA.TV xəbər verir ki, yarışın keçirilməsində əsas məqsəd ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin əməkdaşlar arasında təbliği, onların elmə, maarifləndirici yarışlara marağının artırılması, intellektual və yaradıcı inkişafa təkan verilməsi və effektiv kommunikasiyanın qurulmasıdır.

Üç gün davam edən yarışda Nazirliyin müxtəlif qurumlarından 18 komanda iştirak edib.

Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışın nəticəsinə əsasən Bakı Regional Mərkəzi 1-ci yer, Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsi 2-ci yer, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi isə 3-cü yer tutub.

Qalib komandalar kubok, fəxri fərman və müvafiq həvəsləndirici mükafatlarla təltif ediliblər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol