Azərbaycanla Türkiyə arasında Hökumətlərarası İqtisadi Komissiyanın iclası Ankarada keçiriləcək.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz “ İş dünyasının görüşü” adlı tədbirdə çıxışı zamanı deyib.
“Orada da iş dünyasını bir araya gətirməyi planlaşdırırıq. Dəqiq tarix bəlli deyil lakin fevral ayının ikinci yarısında baş tuta bilər. İki ölkənin ticarət və iqtisadi münasibətləri üçün yeni bir yol xəritəsi hazırlayacağıq”, - deyə C.Yılmaz bildirib.
Qeyd edək ki, Bakıda Türkiyənin vitse-prezidenti Cövdət Yılmazın iştirakı ilə “İş dünyasının görüşü” adlı tədbir keçirilir.
- Daha bir tiktoker həbs edildi
- Naxçıvanın bəzi əraziləri işıqsız qalacaq
- Yenidən Ermənistanın Baş naziri oldu - Yenilənib
- Xocavənddə ANAMA əməkdaşı minaya düşdü
- Sabahdan tələbələr kredit üçün müraciət edə biləcəklər
- Tovuzda ağır qəza: azyaşlı yaralandı
- Şəkidə kişini elektrik cərəyanı vuraraq öldürdü
- MN həftəlik icmalını təqdim etdi - Video