Husi üsyançılarının Qırmızı dənizdə gəmilərə hücumlarının artması beynəlxalq ticarətə ciddi ziyan vura və ekoloji fəlakətə səbəb ola bilər.
BUTA.TV xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Düjarrik deyib.
"Biz əlbəttə ki, son həftələrdə beynəlxalq dəniz nəqliyyatına edilən hücumları pisləyirik. Bu, beynəlxalq hüququn vacib hissəsi olan naviqasiya azadlığına mane olmaqla yanaşı, həm də beynəlxalq ticarətə zərər vurma potensialına malikdir. Və biz artıq bunu görürük”, - deyə o, brifinqdə bildirib.
Qeyd edək ki, ABŞ müdafiə naziri Ostin Yaxın ABŞ-ın Şərqdəki tərəfdaşları və müttəfiqləri ilə Yəmənin Husi üsyançılarının yarada biləcəyi təhlükəyə qarşı beynəlxalq koalisiya qurmağa çalışdığını bildirib.
- Daha bir tiktoker həbs edildi
- Naxçıvanın bəzi əraziləri işıqsız qalacaq
- Yenidən Ermənistanın Baş naziri oldu - Yenilənib
- Xocavənddə ANAMA əməkdaşı minaya düşdü
- Sabahdan tələbələr kredit üçün müraciət edə biləcəklər
- Tovuzda ağır qəza: azyaşlı yaralandı
- Şəkidə kişini elektrik cərəyanı vuraraq öldürdü
- MN həftəlik icmalını təqdim etdi - Video