Hindistanın “Akaş” zenit-raket kompleksinin Ermənistana tədarükünün bir neçə aydan sonra başlanacağı gözlənilir.
BUTA.TV xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyinin məlumatında deyilir.
“Ermənistana çatdırılmaların bir neçə aydan sonra başlanacağı gözlənilir. Bununla yanaşı, Braziliya, Misir və Filippin də daxil olmaqla, bir çox ölkə “Akaş” raket sisteminə maraq göstərib”, - deyə bildirilib.
Qeyd edək ki, bundan öncə “Eurasiantimes.com” portalı Ermənistanın Hindistandan yaxınmənzilli “Akaş” zenit-raket kompleksləri ala biləcəyini yazmışdı.
- Daha bir tiktoker həbs edildi
- Naxçıvanın bəzi əraziləri işıqsız qalacaq
- Yenidən Ermənistanın baş naziri oldu - Yenilənib
- Xocavənddə ANAMA əməkdaşı minaya düşdü
- Sabahdan tələbələr kredit üçün müraciət edə biləcəklər
- Tovuzda ağır qəza: azyaşlı yaralandı
- Şəkidə kişini elektrik cərəyanı vuraraq öldürdü
- MN həftəlik icmalını təqdim etdi - Video