Ukrayna aviasiyası və raket qüvvələri ötən gün rus ordusunun cəmləşdiyi bir neçə ərazini güclü şəkildə vurub.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının Feysbuk hesabında bildirilib.
Qeyd olunub ki, ötən gün ərzində Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası gün ərzində düşmənin şəxsi heyətinin, silah-sursatının və hərbi texnikasının cəmləşdiyi 6 əraziyə zərbələr endirib.
Bundan əlavə, raket qoşunlarının bölmələri şəxsi heyətin, silah-sursatın və hərbi texnikanın cəmləşdiyi iki ərazini, bir idarəetmə postunu, üç artilleriya silahını və rus hərbçilərinin dörd silah-sursat anbarını vurub.
- Daha bir tiktoker həbs edildi
- Naxçıvanın bəzi əraziləri işıqsız qalacaq
- Yenidən Ermənistanın Baş naziri oldu - Yenilənib
- Xocavənddə ANAMA əməkdaşı minaya düşdü
- Sabahdan tələbələr kredit üçün müraciət edə biləcəklər
- Tovuzda ağır qəza: azyaşlı yaralandı
- Şəkidə kişini elektrik cərəyanı vuraraq öldürdü
- MN həftəlik icmalını təqdim etdi - Video