Daxili İşlər Nazirliyi dekabrın 27-dən etibarən Şuşa şəhərinə və Suqovuşan qəsəbəsinə səfər edəcək vətəndaşların təhlükəsizliyi məqsədilə zəruri tədbirlər görür.
DİN-in mətbuat xidmətindən BUTA.TV-a verilən məlumata görə, vətəndaşların hərəkəti yalnız müəyyən edilən istiqamətlər üzrə təşkil olunacaq.
Qeyd olunub ki, təhlükəsizlik məqsədilə marşrutdan kənar ərazilərə vətəndaşların hərəkətinə icazə verilməyəcək:
"Bununla bağlı müvəqqəti polis postlarında sürücülərə təlimat-bildirişlər təqdim olunacaq".
Xatırladaq ki, fərdi minik avtomobilləri ilə də səfər edəcək vətəndaşlar icazəni 25 dekabrdan başlayaraq “Yolumuz Qarabağa” portalı (www.yolumuzqarabaga.az) üzərindən əldə edə bilərlər. Şuşa şəhərinə səfər Füzuli rayonunun Alxanlı keçid məntəqəsindən daxil olmaqla “Zəfər Yolu” ilə, Suqovuşan qəsəbəsinə isə Tərtər və Goranboy (Tapqaraqoyunlu kəndi) rayonları istiqamətindən müəyyən edilib.
- Qarsayd: Vardanyanın Troika sxemlərindən xəbərsiz olması... - Video
- Suriya ordusunda Azərbaycan modeli tətbiq ediləcək
- Azərbaycanda hərbi xidmət müddəti azaldılacaq - Ekspert
- Rusiyada 3 azərbaycanlı barədə qərar verildi
- Böyük Britaniya Çingiz Əliyevə sanksiyalar tətbiq etdi
- Xəzər dənizi ilə bağlı növbəti mühüm iclas keçirildi
- AMEA Kamran Əsədova fəxri diplomu nə vaxt verib?
- Azərbaycanda bu mobil operator fəaliyyətini dayandırdı