"PAŞA Sığorta" şirkətinin təşkilatçılığı ilə keçirilmiş “Hakaton” müsabiqəsində Bakı Ali Neft Məktəbinin tələbələri birinci yerə çıxaraq 4000 manat pul mükafatı qazanıblar.
BUTA.TV xəbər verir ki, bu barədə BANM-nin rektoru Elmar Qasımov məlumat verib.
I yerin qalibi Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasının tələbələri İsmayıl Məmmədzadə, Əli Məhərrəmli və Nadir İsgəndərovdan ibarət "Karma" komandası olub.
II yerə "Phaster" komandası, III yerə isə "Eclipse" komandası layiq görülüb.
18-19 noyabr tarixlərində “Hakaton” müsabiqəsində müxtəlif universitetlərdə təhsil alan tələbələrdən ibarət komandalar yarışıblar. Ümumilikdə “Hakaton”a 70-ə yaxın komanda müraciət edib, 33 komanda dəvət alıb, finala isə 22 komanda çıxıb.
- Oğlunun şəhid olduğu gün vəfat etdi - Foto
- Yeni yaradılan ictimai çimərliklərdə nələr olacaq? - Video
- Dünyanın ən gözəl sözü seçildi
- Azyaşlı futbolçu faciəvi şəkildə öldü
- Keçmiş nazir vəfat etdi
- Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı - Video
- ABŞ-dən bu ölkələrdəki vətəndaşlarına - Xəbərdarlıq
- Su kanalı yarıldı: Həyətlər su altında qaldı - Video