"Sumqayıt" qalib gəldi, üçüncü pilləyə yüksəldi

20:50 - 23 Dekabr 2023 - GÜNDƏM

Azərbaycan Premyer Liqasında XVIII turun daha bir matçı keçirilib.

BUTA.TV xəbər verir ki, günün ikinci görüşündə "Sumqayıt" öz meydanında "Səbail"i minimal hesabla (1-0) məğlub edib.

Xallarının sayını 27-yə çatdıran sumqayıtlılar üçüncü pilləyə yüksəliblər. "Səbail" isə hesabında 26 xalla dördüncü yerə enib.

Qeyd edək ki, tura dekabrın 24-də keçiriləcək "Turan Tovuz" - "Araz-Naxçıvan" (81-ci dəqiqədən sonra), “Neftçi” – “Kəpəz” və “Zirə” – “Qarabağ” oyunları ilə yekun vurulacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol