Şmidtin qəbri üzərinə nasist simvolları çəkildi

01:46 - 24 Dekabr 2023 - GÜNDƏM

 Şmidtin qəbri üzərinə nasist simvolları çəkildi

Almaniyanın keçmiş kansleri Helmut Şmidtin (1974-1982) Hamburq qəbiristanlığındakı məzarı üzərinə naməlum şəxslər nasist simvolları çəkiblər.

BUTA.TV xəbər verir ki, bu barədə DPA agentliyi yerli polisin nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə cümə günü axşam saatlarında baş verib. Şənbə günü Şmidtin anadan olmasının 105 illiyi tamam olub.

Hadisənin başvermə şəraiti və həmin şəxslərin kimliyi hələlik müəyyən edilməyib. Qəbir daşı təmizlənib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol