Güclü külək Tərtərdə fəsadlar törətdi

11:34 - 24 Dekabr 2023 - GÜNDƏM

 Güclü külək Tərtərdə fəsadlar törətdi

Ötən gün axşam saatlarından başlayaraq əsən güclü külək Tərtər rayonunda bir sıra fəsad törədib.

BUTA.TV xəbər verir ki, küləyin təsirindən ağaclar aşıb, Tərtər şəhərində çoxmənzilli iki yaşayış binasının dam örtüklərinin bir hissəsi uçub.

Külək nəticəsində rayonun elektrik təsərrüfatına da ziyan dəyib. Tərtər şəhəri ərazisinə və kəndlərə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Hazırda dəymiş ziyanın aradan qaldırılması istiqamətində iş aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol