Serbiyada inqilab baş verir?

23:48 - 24 Dekabr 2023 - GÜNDƏM

 Serbiyada inqilab baş verir?

Belqrad şəhər administrasiyasının binasını ələ keçirmək cəhdi inqilab deyil, Serbiya hüquq-mühafizə orqanları vəziyyətə tam nəzarət edir.

BUTA.TV xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç xalqa təcili müraciəti zamanı deyib.

"Sizə demək istəyirəm ki, Serbiya vətəndaşları, səhnələr dramatik olsa da, narahat olmayın. Heç bir inqilab baş vermir, onlar bunun heç birindən yaxa qurtara bilməyəcəklər və biz təsadüfi nümayişçilərin heç birinə zərər verməmək üçün yumşaq reaksiya göstəririk”, - deyə Vuçiç bildirib.

Qeyd edək ki, Belqradda müxalifət tərəfdarları şəhər administrasiyasının binasına daxil olmağa cəhd göstəriblər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol