"Saray körpüsü"ndə 66 yaşlı qadını maşın vurdu

00:18 - 25 Dekabr 2023 - GÜNDƏM

Sumqayıtda 66 yaşlı piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

BUTA.TV Report-a istinadən məlumat verir ki, hadisə “Saray körpüsü” adlanan ərazidə qeydə alınıb.

Yolu keçmək istəyən piyada 1957-ci il təvəllüdlü Dəmirova Alidə Allahverdi qızını maşın vurub.

Qadın aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol