Şikayətlər həm seçicilər, həm namizədlər tərəfindən olur.
BUTA.TV xəbər verir ki, bunu Seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr olunan seminarda Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin müavini Rövzət Qasımov deyib.
O qeyd edib ki, şikayətlər hər zaman ciddi əsaslara söykənmir:
“Bəzən vətəndaşlar emosional olaraq şikayətlər edirlər. Bəzən isə şikayətlər siyasi motivlər əsasında olur, biz buna da şahid olmuşuq. Bütün hallarda şikayətləri araşdırıb ədaləti əks etdirən nəticəyə gəlmək əsas məqsədimizdir".
R.Qasımov əlavə edib ki, 2006-cı ildən bəri MSK-ya daxil olan şikayətlərə baxılması ilə bağlı beynəlxalq təşkilatlatla birgə sənəd hazırlanıb.
Qeyd edək ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar Prezident seçkilərinin elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.
- Yeni yaradılan ictimai çimərliklərdə nələr olacaq? - Video
- Dünyanın ən gözəl sözü seçildi
- Azyaşlı futbolçu faciəvi şəkildə öldü
- Keçmiş nazir vəfat etdi
- Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı - Video
- ABŞ-dən bu ölkələrdəki vətəndaşlarına - Xəbərdarlıq
- Su kanalı yarıldı: Həyətlər su altında qaldı - Video
- İşi evindən 150 kilometr uzaqdadır - Hər gün helikopterlə gedəcək