Pekində tarixin ən uzun soyuq dalğası qeydə alındı

11:56 - 25 Dekabr 2023 - GÜNDƏM

 Pekində tarixin ən uzun soyuq dalğası qeydə alındı

Pekində 1951-ci ildən bəri ən uzun soyuq dalğa qeydə alınıb.

BUTA.TV xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.

“Şiddətli soyuq dalğa bu ay Çinin əksər hissəsini bürüyüb. Paytaxt Pekində bir neçə gün əvvəl başlayan soyuq hava şəhərin metro sistemində problemlər yaradıb. Bu ayın əvvəlində Pekində güclü qar yağması nəticəsində iki qatar metro xəttində toqquşub, yüzlərlə sərnişin xəstəxanaya yerləşdirilib. Qansu əyalətinin şimal-qərbində bu ay baş vermiş zəlzələdən sonra aşağı temperatur xilasetmə işlərinə də mane olub”, - məlumatda deyilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol