Vəd edilən sosial yardımlar gecikdi - Nazirlik susur

16:02 - 25 Dekabr 2023 - GÜNDƏM

 Vəd edilən sosial yardımlar gecikdi - Nazirlik susur

Xəbər verdiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dekabr ayının sosial yardımlarının bayramla əlaqədar olaraq daha tez ödənilib yekunlaşacağı barədə məlumat yaymışdı.

BUTA.TV xəbər verir ki, məlumatda ünvanlı sosial yardımların 22 dekabra kimi ödəniləcəyi deyilsə də, ödənişlər hələ də yekunlaşmayıb.

Dövlət Sosial Müdafiə Fondundan saytımıza bildirilib ki, əlavə məlumat veriləcək.

Qeyd edək ki, ünvanlı sosial yardımın ödənilməsi adətən hər ayın 25 və 26-da tamamlanırdı. Belə çıxır ki, vəd edilən “tez ödənilmə” baş tutmadı.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol