Bu futbol klubumuz Xankəndini təmsil edəcək

18:44 - 25 Dekabr 2023 - GÜNDƏM

 Bu futbol klubumuz Xankəndini təmsil edəcək

MOİK futbol klubu yeni mövsümdən Xankəndi şəhərini təmsil edəcək.

BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin balansında olan komandanın orada məskunlaşması yönündə artıq işlərə başlanıb.

Əvvəlcə klub rebrendinq edilib. Klub yeni loqo ilə Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində Xankəndidə keçirilən "Qarabağ"la oyunda meydana çıxıb. Bundan başqa, şirkətlərdən biri MOİK-in titul sponsoru olub.

MOİK-in yeni mövsümdən hansı liqada çıxış etməsindən asılı olmayaraq, Xankəndini təmsil edəcəyi artıq dəqiqləşib. Futbol komandasının məskunlaşması üçün baza və şərait yaradılacaq.

Bundan əlavə, yaxın gələcəkdə Mərkəz Ordu İdman Klubunun nəzdində fəaliyyətdə olan bütün idman növləri üzrə idmançıların və komandaların da qədim şəhərimizdə məskunlaşması planlaşdırılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol