Türkiyənin KAAN döyüş təyyarəsinin ilk uçuşu bir neçə həftədən sonra baş tutacaq.
BUTA.TV xəbər verir ki, bu barədə “Anadolu” agentliyinə öz mənbələrinə istinadla məlumat yayıb.
Mənbələr əlavə edib ki, Türk Aerokosmik Sənayesi (TUSAŞ) tərəfindən həyata keçirilən Türkiyənin ən əhəmiyyətli müdafiə layihələrindən biri olan KAAN-ın hazırlıq və sınaqları tam sürətlə davam edir.
Bu günə qədər oturacaqların buraxılış sınağı, tam uzunluqda statik sınaq, statik idarəetmə səthinin sınağı, eniş qurğusunun sınağı, avionika sınağı, yanacaq sınaqları və mühərrikin işə salınması sınağı tamamlanıb.
Yerüstü və taksi sınaqları başa çatdıqdan sonra KAAN-ın ilk uçuşunu cəmi bir neçə həftəyə edəcəyi gözlənilir.
Qeyd edək ki, KAAN-ın bu il dekabrın 27-də havaya qalxacağı gözlənilirdi.
- Azərbaycanda hərbi xidmət müddəti azaldılacaq - Ekspert
- Rusiyada 3 azərbaycanlı barədə qərar verildi
- Böyük Britaniya Çingiz Əliyevə sanksiyalar tətbiq etdi
- Xəzər dənizi ilə bağlı növbəti mühüm iclas keçirildi
- AMEA Kamran Əsədova fəxri diplomu nə vaxt verib?
- Azərbaycanda bu mobil operator fəaliyyətini dayandırdı
- Azərbaycana qarşı bu qətnamənin heç bir əsası yoxdur
- Paşinyandan paylaşım: Azərbaycan qatarı Ermənistanda - Video