Polşa hakimiyyəti Ukrayna ilə sərhədin blokadasının tezliklə başa çatacağına ümid edir.
BUTA.TV xəbər verir ki, bunu Polşa Baş naziri Donald Tusk Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə bildirib.
“Bildiyiniz kimi, tam olmasa da, biz polşalı fermerlərin emosiyalarını sakitləşdirməyə müvəffəq olduq. Ümid edirəm ki, Polşa daşıyıcılarını uğurla təmsil etmək səylərimiz blokadanın yumşaldılmasına gətirib çıxaracaq", - Tusk vurğulayıb.
Qeyd edək ki, noyabrın əvvəlində daha sonra fermerlərin də qoşulduğu Polşa daşıyıcıları Ukrayna ilə sərhəddə yol keçid məntəqələrini bağlayıblar.
Polşalı fermerlər dekabrın 24-dən etibarən isə Ukrayna ilə sərhəddəki Medıke keçid məntəqəsindəki məhdudiyyəti aradan qaldırmağa razılaşıblar.
- Dünyanın ən gözəl sözü seçildi
- Azyaşlı futbolçu faciəvi şəkildə öldü
- Keçmiş nazir vəfat etdi
- Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı - Video
- ABŞ-dən bu ölkələrdəki vətəndaşlarına - Xəbərdarlıq
- Su kanalı yarıldı: Həyətlər su altında qaldı - Video
- İşi evindən 150 kilometr uzaqdadır - Hər gün helikopterlə gedəcək
- Azərbaycanlı tələbə Odessaya dron hücumunda yaralandı