2023-cü ildə Almaniya hökuməti silah ixracı üçün əvvəlki illə müqayisədə 40 faiz çox, 11,7 milyard avrodan çox icazə verib.
BUTA.TV xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat Nazirliyinin yaydığı hesabatda bildirilib.
Qeyd olunub ki, sözügedən artım Almaniyanın bütün tarixində rekord göstəricidir.
Sənəddə təqdim olunan məlumatlar 2023-cü il yanvarın 1-dən dekabrın 12-dək olan dövrə aiddir və bu müddət ərzində hökumət koalisiyası 6,15 milyard avro dəyərində silah və 5,67 milyard avro dəyərində digər hərbi məhsulların ixracını təsdiqləyib.
Ümumi məbləğin demək olar ki, 90 faizi AB və NATO ölkələri, Ukrayna və Yaponiya, Avstraliya və Cənubi Koreya kimi bəzi digər müttəfiq ölkələr üçün nəzərdə tutulub.
Təsdiqlənmiş ixracın1/3-i - 4,15 milyard avro Ukraynaya yardım üçündür. İsrail, Birləşmiş Ərəb Əmirlikləri və ya Səudiyyə Ərəbistanı kimi üçüncü ölkələr üçün Almaniya hökuməti 1,76 milyard avro dəyərində silah və hərbi texnikanın ixracına icazə verib.
- Rusiyada 3 azərbaycanlı barədə qərar verildi
- Böyük Britaniya Çingiz Əliyevə sanksiyalar tətbiq etdi
- Xəzər dənizi ilə bağlı növbəti mühüm iclas keçirildi
- AMEA Kamran Əsədova fəxri diplomu nə vaxt verib?
- Azərbaycanda bu mobil operator fəaliyyətini dayandırdı
- Azərbaycana qarşı bu qətnamənin heç bir əsası yoxdur
- Paşinyandan paylaşım: Azərbaycan qatarı Ermənistanda - Video
- Amnistiya tətbiq ediləcək şəxslərin siyahısı... - Nazirlik