İsrail Müdafiə Qüvvələri müxtəlif fövqəladə hallar üçün planları təsdiqləyib və Livanla sərhəd bölgəsində çox yüksək hazırlıq vəziyyətindədir.
BUTA.TV xəbər verir ki, bunu İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi deyib.
“Bu gün biz müxtəlif gözlənilməz hadisələrlə bağlı planları təsdiq etdik və lazım gələrsə, zərbə endirməyə hazır olmalıyıq. Müdafiə Qüvvələri və onun şimal komandanlığı çox yüksək hazırlıq vəziyyətindədir”, - Halevi vurğulayıb.
İndiyədək Livanla sərhəd bölgəsində hazırlığın düzgün və hərtərəfli aparıldığını diqqətə çatdıran Herzi Halevi bu işin eyni templə davam etdirilməli olduğunu qeyd edib.
- Dünyanın ən gözəl sözü seçildi
- Azyaşlı futbolçu faciəvi şəkildə öldü
- Keçmiş nazir vəfat etdi
- Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı - Video
- ABŞ-dən bu ölkələrdəki vətəndaşlarına - Xəbərdarlıq
- Su kanalı yarıldı: Həyətlər su altında qaldı - Video
- İşi evindən 150 kilometr uzaqdadır - Hər gün helikopterlə gedəcək
- Azərbaycanlı tələbə Odessaya dron hücumunda yaralandı