Türkiyə İsveçin NATO-ya üzvlüyü ilə bağlı irəliləyişə ümid edir.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç TRT Haber telekanalının efirində bildirib.
"İsveç Madrid protokolu üzrə öhdəliklərini yerinə yetirmək üçün ciddi addımlar atıb. Xüsusilə, bu, hərbi məhsulların tədarükünə aiddir. Ümid edirəm ki, İsveçin yaxın gələcəkdə NATO-ya üzvlüyü ilə bağlı əhəmiyyətli irəliləyişlər olacaq", - Kılıç bildirib.
Qeyd edək ki, dekabrın 26-da Türkiyə parlamentinin Beynəlxalq Əlaqələr Komissiyası səs çoxluğu ilə İsveçin NATO-ya qəbulu ilə bağlı ratifikasiya protokolunu təsdiqləyib. Sənəd Baş Assambleyanın səsverməsinə çıxarılıb.
R.T.Ərdoğanın müşavirinin sözlərinə görə, İsveçin NATO-ya müraciətinin təsdiqlənməsi məsələsində son sözü bütövlükdə Türkiyə parlamenti deyəcək.
- Dünyanın ən gözəl sözü seçildi
- Azyaşlı futbolçu faciəvi şəkildə öldü
- Keçmiş nazir vəfat etdi
- Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı - Video
- ABŞ-dən bu ölkələrdəki vətəndaşlarına - Xəbərdarlıq
- Su kanalı yarıldı: Həyətlər su altında qaldı - Video
- İşi evindən 150 kilometr uzaqdadır - Hər gün helikopterlə gedəcək
- Azərbaycanlı tələbə Odessaya dron hücumunda yaralandı