Biz tarixən bir-birinə dostluq və mehriban qonşuluq telləri ilə bağlı olan xalqlarımızın iradəsindən güc alan Azərbaycan-Gürcüstan münasibətlərinə xüsusi əhəmiyyət veririk.
BUTA.TV xəbər verir ki, bu, Azərbaycan Prezidenti İlham Əliyev İrakli Kobaxidzeyə Gürcüstanın Baş naziri kimi fəaliyyətə başlaması münasibətilə məktubunda yer alıb.
“Qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimizin və əməkdaşlığımızın dinamik və hərtərəfli inkişaf edərək bugünkü səviyyəyə yüksəlməsi və yeni məzmun kəsb etməsi bizi sevindirir.
Əminəm ki, sağlam təməllər üzərində qurulmuş Azərbaycan-Gürcüstan ənənəvi dostluğu, qarşılıqlı faydalı əməkdaşlığı və strateji tərəfdaşlığı ölkələrimizin rifahı, regionumuzun çiçəklənməsi naminə birgə səylərimizlə bundan sonra da yüksələn xətlə inkişaf etməyə və möhkəmlənməyə davam edəcəkdir”, - İ.Əliyev qeyd edib.
- Həyət evinin rahatlığı, yoxsa bina evinin üstünlükləri?
- İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
- "TuranBank" və ITFC arasında uğurlu əməkdaşlıq...
- Rusiya bu gün 4 “Neptun”, 619 PUA vurdu
- Ceyranbatan–Maştağa su xətti ilə bağlı açıqlama – Rəsmi
- Həyət evinin rahatlığı, yoxsa bina evinin üstünlükləri?
- 8 qəsəbə və 4 kənddə qaz olmayacaq
- Tanınmış cərraha 9 il həbs verildi - “Opera Hotel”də tutulubmuş