Gürcüstan baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani ilə erməni həmkarı Suren Papikyan arasında telefon danışığı olub.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan müdafiə naziri Suren Papikyan Feysbuk hesabında yazıb.
“Telefon danışığı zamanı həmkarımı Gürcüstanın müdafiə naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik etdim. Müdafiə sahəsində əməkdaşlıq və qarşıda duran tədbirləri müzakirə etdik, təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi apardıq.
Biz qarşılıqlı münasibətlərin davamlı inkişafına hazır olduğumuzu təsdiqlədik", - Papikyan bildirib.
- Prezident fərman imzaladı
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda meteor yağışı müşahidə olunacaq
- Prezident onu Naxçıvana başçı təyin etdi
- Ordubada yeni başçı təyin edildi - Sərəncam
- Prezident bu başçını vəzifəsindən azad etdi
- Sədərəkdən Culfaya icra başçısı göndərildi
- Avqustun 15-dən qatarlar “Nizami”-“28 May” arasında işləməyəcək - Video