Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublunun şikayətini təmin etməyib.
BUTA.TV xəbər verir ki, bu gün keçirilən məhkəmə iclasında onun barəsində həbs qətimkan tədbirinin daha 2 ay uzadılmasından verilmiş apellyasiya şikayətinə baxılıb.
Qeyd edək ki, o, ötən il dekabr ayının 14-ü saxlanılıb. T.Yaqublu külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə, rəsmi sənədləri saxtalaşdırmaqda və bilərəkdən saxta sənədlərdən istifadə etməkdə ittiham olunur.
Onun barəsində ötən ilin dekabr ayında Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, bu ilin aprel ayının 6-da keçirilən məhkəmə iclasında T.Yaqublunun həbs müddəti daha 2 ay uzadılıb.
- Azərbaycanın İtaliyadakı səfiri geri çağırıldı
- Prezident təsdiqlədi: 20 manatlıq dövlət rüsumu ləğv edildi
- Türkiyədən geri çağırıldı - Özbəkistana səfir təyin edildi
- Prezident 2 fərman imzaladı
- Nazir bu teatra direktor təyin etdi
- AAYDA-ya məxsus şirkət ləğv olundu
- Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
- Speys TV-nin bank hesablarına həbs qoyuldu