İnsanların və silahların sayında əhəmiyyətli üstünlüyə baxmayaraq, Rusiya hələ də bütün Ukraynanı ələ keçirə bilməyib. Bunun səbəblərindən biri də Rusiya ordusunun öz doktrinasına və döyüş taktikası ilə bağlı rəsmi təlimatlara məhəl qoymamasıdır.
BUTA.TV xəbər verir ki, bu barədə "Business İnsider"ə RAND "Corporation" analitik mərkəzinin Rusiya ordusu üzrə eksperti Skott Boston bildirib.
"Bu doktrinanın bir çox əsas elementləri kifayət qədər güclüdür ki, onlar uğurlu əməliyyatlar üçün zəmin yarada bilər. Amma siz onlara əməl etməlisiniz. Məsələn, bir rus briqadası hücum edərkən, bölmələr kəşfiyyat elementləri, cinah mühafizəsi ilə sinxronlaşdırılan və mühəndis bölmələri, artilleriya və hava hücumundan müdafiə ilə dəstəklənən qoşun və tankların bir neçə eşelonunda irəliləməlidir. Bu halda hücum cəbhənin müəyyən enində baş verməlidir.
Lakin Rusiya müharibənin ilk günlərində ildırım sürəti ilə Kiyevi ələ keçirməyə cəhd edəndə zirehli texnika tıxaclı yollarla sadəcə hərəkət edirdi. Keçid məntəqələri və pusqularla əhatə olunduqları üçün onlar Ukrayna artilleriyası, pilotsuz təyyarələr və tank əleyhinə raketlərlə məhv edildi. Ancaq indi də ruslar öz döyüş təlimatlarına məhəl qoymurlar. Məsələn, ruslar sürətli və yaxşı əlaqələndirilmiş manevrlə irəliləmək əvəzinə, sadəcə olaraq Ukraynanın müdafiə xətlərini artilleriya mərmiləri və bombalarla bombalayırlar", - analitik deyib.
- Ramiz Mehdiyevə tərifnamə: Görün, kimlər, nələr yazıb...
- Ermənilərdən Mingəçevirlə bağlı absurd iddia
- "Nalayiq ifadələr işlədib, xəritələri masadan atıb və onu hədələyib" - Tramp Zelenski ilə görüşdə "dəli" olub
- Rəsul Quliyev: “Azərbaycana qayıtmaq niyyətim ...” - MÜSAHİBƏ
- Ramiz Mehdiyevin kürəkəni əsəbiləşdi: “Boş söhbətlər etməyin”
- Hikmət Hacıyev Astanadan yeni video paylaşdı
- Zəngəzurun qırmızı lentini şəxsən o kəsəcək - Qevondyan
- Bu şəxslər hərbi xidmətə çağırılmırlar - Səbəb