Çinin lideri Si Szinpin iki il əvvəl Rusiyaya silah verməyə hazır idi, lakin ABŞ Prezidenti Co Baydenin telefon zəngindən sonra o, bundan imtina edib.
BUTA.TV xəbər verir ki, bu barədə “Vaşinqton Post” Vaşinqton administrasiyasındakı mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Bayden 2022-ci ilin martında Szinpinə zəng edərək, Moskvaya silah tədarük edəcəyi təqdirdə ABŞ-ın cavab addımı atacağı barədə xəbərdarlıq edib.
İddia olunur ki, Çin lideri keçmiş baş nazirin müavini Liu Heyə (2018-2023) Rusiyaya hərbi əməliyyatlarda gizli yardımın göstərilməsinə nəzarət etməyi tapşırıb:
“Eyni zamanda Çin Ukraynaya və onun avropalı tərəfdarlarına sülh yolu ilə nizamlanma təklifləri göndərib”.
- Fələstinin baş naziri Fəxri xiyabanı ziyarət etdi
- Yaslardakı zəhərlənmələr lavaşdan olub - Rəsmi
- Nağı Nağıyevə yüksək vəzifə verildi
- Arzumun məhkəməsi başlayır
- Müğənni bu marşrut avtobusundan şikayətləndi - Video
- Göyçayda 36 yaşlı kişi bıçaqlandı
- Antibiotik vurulan 5 aylıq hamilə qadın öldü - Foto - Yenilənib
- Bilgəhdə 23 yaşlı oğlan dənizdə batdı