Yay fəsli (yay Günəş duruşu) Azərbaycana iyunun 21-i saat 00:50:56-da daxil olub.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından BUTA.TV-a verilən məlumata görə, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (Bakı üçün 73⁰.1) olur. Həmin gün ən uzun gündüz və ən qısa gecə yaşanır: gündüzün uzunluğu 15 saat 3 dəqiqə 23 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 37 saniyə olur. Günəşə qədər məsafə 152.025 milyon kilometr təşkil edir. On dörd gündən sonra isə - iyulun 5-i saat 09:06-da Yer orbitinin Günəşdən ən uzaq nöqtəsində - afelidə, Günəşə qədər məsafə isə 152.1 milyon kilometr olacaq.
Yay fəslinin uzunluğu 93 gün 15 saat 52 dəqiqə 40 saniyə təşkil edəcək.
- Zaqatalada hovuzu təmir edən kişi yandı
- Vilayət Eyvazov DİN-in Hərbi İnstitutunda buraxılışa qatıldı - Fotolar
- "Qarabağ"da daha bir ayrılıq - SON DƏQİQƏ
- 16 yaşlı qız evdə qəbul etdiyi dərmandan öldü
- Qasım Süleymaninin öldürülməsi... - Tramp
- Erməni evlərində Azərbaycan qazı – HAZIRLIQ
- Çimərliyə getmək istəyənlərin nəzərinə!
- Boşandığı şəxslə yenidən nikaha daxil olanların sayı...