Qəbələdə 2 nəfərin ölümü, 1 nəfərin xəsarət alması faktı ilə bağlı cinayət işi başlanıb.
Bu barədə BUTA.TV-a Qəbələ Rayon Prokurorluğundan bildirilib.
Məlumata görə, oktyabrın 17-də saat 21 radələrində Qəbələ rayonu Zərgərli kəndi ərazisində 2 nəfərin ölməsi, 1 nəfərin isə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı rayonun Laza kənd sakini, 1976-cı il təvəllüdlü Əlibaba Gəncimovun rayonun Zərgərli kənd sakini Akif Məmmədliyə məxsus fərdi yaşayış evinə silahla hücum edərək həmin evdə yaşayan 1951-ci il təvəllüdlü Gülsadə Məmmədliyevaya atəş açaraq onu qəsdən öldürməsi, sonuncunun nəvəsi 2001-ci il təvəllüdlü Nurlan Məmmədliyevə xəsarət yetirməsinə, N.Məmmədliyevin isə odlu silahdan atəş açaraq Əlibaba Gəncimovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
"Nalayiq ifadələr işlədib, xəritələri masadan atıb və onu hədələyib" - Tramp Zelenski ilə görüşdə "dəli" olub
Faktla bağlı Qəbələ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 29,120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) və 29,120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.
- Həsən Həsənov Ramiz Mehdiyevlə bağlı sirləri açdı
- Qafarova və Simonyan nələri müzakirə etdi?
- Mehdiyevin həbsi ilə bağlı diqqətçəkən məqam...
- Bakının orta güc strategiyası: Əliyevin Astana səfərinin hədəfləri...
- Astanada Heydər Əliyevin ən sevdiyi mahnı səsləndirildi - Video
- İlham Əliyevin qərarını alqışlayırıq - İrəvan
- Tokayevdən Əliyevə maraqlı hədiyyə - Video
- İlham Əliyevdən TRİPP layihəsi ilə bağlı açıqlama