Dünyanın ən məşhur uçuş izləyicisi “Flightradar24” AZAL təyyarəsinin qəzaya uğramamışdan əvvəlki trayektoriyasının 3D versiyasını paylaşıb.
BUTA.TV xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Mütəxəssislərin sözlərinə görə, Qroznı üzərində Rusiyanın “Pantsir S1” sistemi tərəfindən vurulduqdan sonra ciddi zədələnən, hidravlik və elektron sistemi sıradan çıxan təyyarəni idarə etmək üçün pilotlar böyük fədakarlıq göstəriblər. Belə ki, sürəti artırıb-azaltmaq üçün yuxarı və aşağı manevrlər edilib. Bu isə ziq-zaq və yuxarı-aşağı troyektoriya yaradıb.
Qeyd edək ki, Bakı-Qroznı reysini həyata keçirən AZAL sərnişin təyyarəsi 25 dekabrda Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Təyyarənin Aktauya üz tutmasının səbəbi zədələnmiş laynerə Rusiyanın eniş etməyə icazə verməməsi olub.
Qəza zamanı göyərtədə olan 67 sərnişin və heyət üzvündən 38 nəfər ölüb, 29 nəfər yaralanıb.
- Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video
- Prezident qəbul keçirdi - Fotolar
- Azərbaycandan Ermənistana 1000 ton yanacaq göndərildi
- Millinin forması geyindirilmiş ördək viral oldu - Fotolar
- Yuxarı Qarabağ kanalında batan kişinin meyiti tapıldı
- Regionlarda yağış, Bakıda güclü külək... - Faktiki hava
- 15 “seyv” edib DÇ tarixinə düşdü
- Məktəbi 8 gün əvvəl bitirmişdi - Meyiti tapıldı